![“Qarabağ” “Top-60”da: “Fiorentina”ya çatdı, “Qalatasaray”a bir addım qaldı](https://apasport.az/storage/news/2023/december/15/big/657c22352db03657c22352db041702634037657c22352db01657c22352db02.jpg)
Avrokubokların qrup mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.
Apasport.az xəbər verir ki, Azərbaycanı “Top-100”də yalnız bir komanda ilə təmsil olunub.
Son ölkə çempionu “Qarabağ” Avropada 59-cu yerə şərikdir. Avropa Liqasının qrup mərhələsinin VI turunda “Hekken”ə 2:1 hesabı ilə qalib gələn Ağdam klubu aktivinə 4 xal yazaraq mövqeyini qoruyub.
Qurban Qurbanovun yetirmələrinin 31,000 xalı var. “Qarabağ” 59-60-cı yerləri “Fiorentina” ilə bölüşür.
İki həftə əvvəlki siyahı ilə müqayisədə təmsilçimiz 3 pillə irəliləyib. “Qarabağ” 58-ci yerdəki “Qalatasaray”dan yarım xal geri qalır.
Qeyd edək ki, siyahıya 141,000 xala malik “Mançester Siti” başçılıq edir.