Azərbaycan Kubokunun finalında üz-üzə gələcək “Qarabağ”la “Zirə” 37-ci dəfə qarşılaşacaq.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar indiyədək 36 dəfə görüşüblər.
Bu matçlardan 35-i Premyer Liqa, 1-i kuboka təsadüf edib. Ağdam təmsilçisi 23, bakılılar isə 1 dəfə qalib gəlib. 12 qarşılaşma heç-heçə bitib.
Yeganə kubok görüşündə də sülh qeydə alınıb. İki il əvvəl finalda üz-üzə gələn rəqiblər kubokun taleyinə penaltilər seriyasında aydınlıq gətiriblər. Daha dəqiq olan “Qarabağ” titula yiyələnib.
Əvvəlki matçlarda Qurban Qurbanovun komandası 71, “Zirə” 18 qola imza atıb.
- "Təhlükəsiz idman hamı üçün" mövzusunda keçirilən seminara yekun vurulub
- Azərbaycan XİN: "Bayrağın yandırılmasını pisləyirik"
- Ronaldo: "Unutmayın ki, çempionu məğlub edən yeganə komanda Səudiyyə Ərəbistanıdır"
- Messinin atası Səudiyyə Ərəbistanı klubu ilə danışıqlar aparır?
- İngiltərəli hücumçu “Barselona”nın radarında