"Qarabağ"la dünyanın tanınmış idman institutlarından olan “Johan Cruyff İnstitute” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Apasport.az xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.
Müqaviləyə əsasən, klubun Əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev və PR & Marketinq departamentinin rəhbəri Yusif Cəfərov "Johan Cruyff Institute"da təhsil alacaqlar. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də "Johan Cruyff Institute"da təhsilini davam etdirir.
Müqavilə şərtlərinə əsasən, klubun əməkdaşları və futbolçuları idman sahəsində təcrübələrini və təhsillərini artırmaq imkanı əldə edəcəklər.
- “Yuventus”u növbəti xal cəzası gözləyir
- Musa Qurbanlı "Yurqarden"in iştirak ərizəsinə düşə bilmədi - Səbəb
- "Baku Sportinq" qanalı futbolçu transfer edib
- "Neftçi"nin sabiq futbolçusu məhkəməyə verildi - SƏBƏB
- Azərbaycanın kamandan oxatma hakimləri beynəlxalq sertifikatlaşdırma proqramlarına cəlb olunacaqlar