“Qarabağ”ın avrokubok oyunlarının vaxtı açıqlandı
27.06.2023 - 13:16
![“Qarabağ”ın avrokubok oyunlarının vaxtı açıqlandı](https://apasport.az/storage/news/2023/june/27/big/649aa9514a62a649aa9514a62b1687857489649aa9514a628649aa9514a629.jpg)
"Qarabağ"ın Çempionlar Liqasında keçirəcəyi ilk oyunların vaxtı və yeri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
Ağdam klubu I təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" klubu ilə görüşəcək. İlk matç Cəbəllütariqdəki "Viktoriya" stadionunda baş tutacaq. İyulun 11-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Cavab oyunu 8 gündən sonra təşkil olunacaq. Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 20:00-da veriləcək.
0
0