
Avropa Liqasında (AL) 2022/23 mövsümünün ilk püşkatma mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə III təsnifat mərhələsindəki cütlüklər müəyyənləşib.
Hazırda Çempionlar Liqasında (ÇL) mübarizə aparan Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri bəlli olub. Ağdam təmsilçisi ÇL-in II təsnifat mərhələsində İsveçrə çempionu “Sürix”ə məğlub olacağı halda mübarizəni AL-in III raundunda davam etdirəcək.
Bu cütlüyün məğlubu Çempionlar Liqasının II raundunda üz-üzə gələcək “Linfild” (Şimali İrlandiya) – “Bodo-Qlimt” (Norveç) cütünün zəifi ilə qarşılaşacaq. “Qarabağ” – “Sürix” duelinin uğursuz komandası ilk oyununu səfərdə keçirəcək.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su isə II mərhələdə “Şkupi”yə (Şimali Makedoniya) yenilsə, Avropa Liqasında “Ludoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya) cütünün məğlubu ilə gücünü yoxlayacaq.
Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 4-də və 11-də keçiriləcək.
- Lamdan FIFA-ya tənqid: "Onlar şəxsi mənfəəti üstün tuturlar"
- Yığmamız beynəlxalq turnirə yollanır
- Regekampf: “Bəzən 12-ci futbolçuya qarşı oynamalı olursan”
- "Ludoqorets"in baş məşqçisi: "Qurbanov ən güclü məşqçilərdəndir"
- Avropa Liqasında "Fənərbaxça", "Qalatasaray" və "Beşiktaş"ın rəqibləri müəyyənləşib