“Qarabağ”ın futbolçusu 4 həftə oynaya bilməyəcək
20.02.2023 - 17:01
![“Qarabağ”ın futbolçusu 4 həftə oynaya bilməyəcək](https://apasport.az/storage/news/2023/february/20/big/63f36f51d529463f36f51d5295167689812963f36f51d529263f36f51d5293.jpg)
“Qarabağ”ın futbolçusu Marko Yankoviçin durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə ilk oyununda zədələnən yarımmüdafiəçinin aldığı xəsarət ciddidir. Bu, Yankoviçin həkim müayinəsindən keçməsindən sonra bəlli olub.
Markonun sol baldır əzələsində 2-ci dərəcəli yırtılma aşkar edilib. Həkimlərin rəyinə əsasən, futbolçu zədə səbəbindən 4 həftə yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, “Qarabağ” fevralın 23-də “Gent”lə cavab matçına çıxacaq.
0
0