“Lester” istefadan niyə çəkinir?
19.09.2022 - 22:11
“Lester”in Brendan Rocersi istefaya göndərməkdə üzləşdiyi problem bəlli olub.
Apasport.az saytının məlumatına görə, 49 yaşlı mütəxəssislə yollarını ayırmaq İngiltərə klubu böyük məbləğdə kompensasiyadan çəkinir.
Onun istefası kluba baha başa gələcək. Əgər Rocers göndərilsə, ona 11,5 milyon avro ödənilməlidir. Çünki mütəxəssisin müqaviləsinin üç ili qalıb.
Qeyd edək ki, “Lester” rəhbərliyi baş məşqçi postuna “Brentford”un çalışdırıcısı Tomas Frenki gətirməyi planlaşdırır.
- Bakıda taekvondo üzrə dünya çempionatının açılış mərasimi keçirilib - YENİLƏNİB - FOTOLENT
- Şahmatın rapid və blits növləri üzrə ölkə çempionatı keçiriləcək
- İtaliya polisindən iki kluba mövsümlük cəza
- Gimnastlarımızdan uğurlu çıxış
- Yığmamızın Portuqaliya və Bolqarıstanla oyunlar üçün heyəti açıqlanıb
0
0