“Qarabağ”ın futbolçusu Türkiyə klubuna keçir
09.09.2024 - 12:31
![“Qarabağ”ın futbolçusu Türkiyə klubuna keçir](https://apasport.az/storage/news/2024/september/09/big/66deb17d8d6fe66deb17d8d6ff172587046166deb17d8d6fc66deb17d8d6fd.jpg)
“Qarabağ”ın futbolçusu Hamidu Keyta karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Fransalı hücumçu “Konyaspor”la razılaşıb. Super Liqa təmsilçisinin Keyta ilə 2 illik müqavilə imzalayacağı bildirilir.
Keyta bu gün Konyaya gedərək, yeni klubuna keçidini tamamlayacaq.
Hamidu bu mövsüm 7 oyunda 1 qol vurub.
0
0