
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərinin müəyyənləşəcəyi vaxt bəllidir.
Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin əsas raundunun püşkatma mərasimi avqustun 26-da baş tutacaq.
Tədbir Türkiyənin İstanbul şəhərində keçiriləcək. Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Mərasimdə Avropanın ikinci dərəcəli klub turnirinin 32 iştirakçısı 8 qrupa bölünəcək. Qrup mərhələsində ilk yeri tutanlar 1/8 finala, ikinci pillənin sahibi pley-offa, üçüncü komanda Konfrans Liqasının pley-offuna çıxacaq.
Qeyd edək ki, qrup mərhələsi sentyabrın 8-də başlayacaq.
- Simeone “Atletiko”dan gedəcəyi vaxtı açıqladı
- "Qalatasaray"ın futbolçusunun vurduğu qol ÇL-də mövsümün ən yaxşısı seçildi - VİDEO
- U-21 Portuqaliyada darmadağın oldu - YENİLƏNİB
- Avarçəkmə üzrə “Prezident Kuboku-2024”də 20-dən çox ölkə yarışacaq - VİDEO
- Azərbaycan – Qazaxıstan oyununa MAKSİMin PROQNOZU