Liqa1-də baş məşqçi istefası
10.01.2023 - 10:11
![Liqa1-də baş məşqçi istefası](https://apasport.az/storage/news/2023/january/10/big/63bd01925cfd363bd01925cfd4167333109063bd01925cfcf63bd01925cfd1.jpg)
Liqa1-də növbəti istefa gerçəkləşib.
Apasport.az saytının məlumatına görə, “Nitsa” baş məşqçisi Lüsyen Favrla yollarını ayırıb.
Klub rəhbərliyi 65 yaşlı baş məşqçini istefaya göndərməsinə kubokdakı uğursuzluq səbəb olub. 3-cü divizion təmsilçisi “Le Pyui”yə 0:1 hesablı məğlubiyyətdən sonra Favr postundan göndərilib. Komandanı müvəqqəti Didye Diqar çalışdıracaq.
Qeyd edək ki, Favr 2022-ci ilin iyununda “Nitsa”nın baş məşqçisi təyin edilib.
0
0