"Qarabağ"ın iki əməkdaşı – akademiya meneceri Nail Kərimov və mətbuat xidmətinin rəhbəri Anar Hacıyev nüfuzlu “Johan Cruyff” institutunun diplomunu alıb.
Apasport.az xəbər verir ki, Kərimov Futbol Menecmenti proqramını, Hacıyev isə İdman Biznesi (Marketinq və sponsorluq) proqramını tamamlayaraq magistr diploma sahib çıxıblar.
2023-cü ilin martında başlayan 14 moduldan ibarət onlayn tədris dönəminin yekununda fərqlənənlər Barselona şəhərində yerləşən institutda diplomla təltif olunublar.
Qeyd edək ki, "Qarabağ"In tərəşdaşı olan “Johan Cruyff” Avropada idman sahəsində 2024-cü ilin ən yaxşı onlayn təhsil verən institutu seçilib.
- Joze Mourinyo: “O epizodu "Hollywood"dakılar da izləməlidir"
- Türkiyə klubu Superliqadan çəkildi – RƏSMİ
- Avstriya evdə, Niderland səfərdə qələbə qazandı - YENİLƏNİB
- “Qarabağ”ın II mərhələdəki potensial rəqibi müəyyənləşdi
- Siyasət Əsgərov: “Meydançanın hər qarışı uğrunda sona qədər mübarizə aparmalıyıq”