Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Lex” – “Qarabağ” oyununa bilet satışı davam edir.
Apasport.az saytının məlumatına görə, Polşa klubu indiyə qədər satılan bilet sayını açıqlayıb.
Poznan stadionunda baş tutacaq qarşılaşmaya 22 mindən çox bilet satılıb. Klub kassalarda hələ 21 min bilet qaldığını vurğulayıb. Qarşılaşmanın keçirilməsinə bir gün qaldığından biletin qiyməti də 30 zlotaya (11 manata) endirilib.
Qeyd edək ki, sabah keçiriləcək “Lex” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşün baş tutacağı Poznan stadionu 43 mindən çox tamaşaçı tutumuna malikdir.
- “Formula 1” üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
- "Sumqayıt"ın əvəzedicilərindən daha bir biabırçılıq - Yenə texniki məğlubiyyət verildi
- “Çelsi” argentinalı forvard üçün 150 milyon ödəməyə hazırlaşır
- Fransa - Belçika oyununun ən yaxşı futbolçusu bilindi
- Abbasov ilk oyunda Karlsenə uduzdu