“Çelsi” argentinalı forvard üçün 150 milyon ödəməyə hazırlaşır
14.11.2025 - 23:54
"Çelsi" heyətini yeni oyunçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, "zadəganlar" hazırda karyerasını "Atletiko Madrid"də davam etdirən Xulian Alvarezi transfer etmək istəyir.
Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Premyer Liqa klubu 25 yaşlı hücumçu üçün 150 milyon avronu gözdən çıxarıb.
Oyunçunun özü də bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, Argentina millisinin üzvü bu mövsüm "Atletiko"nun heyətində meydana çıxdığı 18 rəsmi matçda 9 qol və 5 assistlə yadda qalıb.
- Azərbaycan boksçuları "Adriatik incisi" turnirini dörd medalla başa vurublar
- III MDB Oyunlarının Təşkilat Komitəsinin ikinci iclası baş tutub
- Dadaşov ilk dəqiqədə qol vurdu, komandası qələbə qazandı
- Mirça Rednik: "Xəzər Lənkəran"a qayıtmağa hazıram - Özəl
- Kurban Berdıyev: “Gərəkli nəticələri çıxarmışıq”
0
0