
Misli Premyer Liqasının XI turunun "Araz-Naxçıvan" - "Qarabağ" oyununun baş tutacağı məkan dəyişdirilib.
Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
“Araz-Naxçıvan” klubu Peşəkar Futbol Liqasına rəsmi müraciətində görüşün Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsini xahiş edib. Naxçıvanlılar bunu qadınlar arasında Millətlər Liqası çərçivəsində oktyabrın 31-də baş tutacaq Azərbaycan – Monteneqro matçının “Dalğa Arena”da keçirilməsi, yaranmış qrafik sıxlığı və ot örtüyünün qorunması ilə əsaslandırıb.
“Araz-Naxçıvan”ın rəsmi müraciətini, “Qarabağ”ın razılığını əsas götürən Peşəkar Futbol Liqası qarşılaşmanın Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib. Matç təqvimdə olduğu kimi "Araz-Naxçıvan" - "Qarabağ" oyunu kimi keçiriləcək.
Qeyd edək ki, oktyabrın 30-da keçiriləcək matç saat 19:00-da başlayacaq.
- Daha 2 güləşçimiz Avropa çempionatının finalında - YENİLƏNİB
- Qurban Qurbanov: “Psixoloji yorğunluq çox idi”
- Rəşad Sadıqov: “Qələbələri qeyd etməyə vaxtımız yoxdur”
- Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycan bayrağını daşıyacaq idmançılar bəlli olub
- Ayxan Abbasov: “Fərid Hacıyev oyunu zəif idarə etdi”