“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Lex” təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb.
Apasport.az saytının məlumatına görə, Opalenitsada bu gün başlayan hazırlıq 9 gün çəkəcək.
Komanda adıçəkilən şəhərə 33 futbolçu ilə yollanıb. “Lex” iyunun 29-dək orada 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.
Qapıçılar: Filip Bednarek, Kşiştof Bakovski, Karol Drajdzevski, Artur Rudko;
Müdafiəçilər: Alan Çervinski, Barri Duqlas, İqor Kornobis, Antonio Miliç, Patrik Oleynik, Joel Pereyra, Maksimilian Pinyo, Pedro Reboko, Bartoş Salamon, Lubomir Şatka;
Yarımmüdafiəçilər: Joao Amaral, Yakub Antjak, Adriel ba Lua, Maksim Çekalya, Patrik Qoqol, Yesper Karlström, Antoni Kozubal, Nika Kvekveskiri, Filip Marçvinski, Radoslav Muravski, Dani Ramires, Mixal Skoraş, Yan Şikora, Filip Volski, Kristoffer Velde;
Hücumçular: Mikael İshak, Norbert Paçlavski, Artur Sobyeç, Filip Şimçak.
Qeyd edək ki, “Qarabağ”la “Lex” arasında ilk oyun iyulun 5-də Poznanda, cavab görüşü isə 12-də Bakıda keçiriləcək.
- Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyada iki beynəlxalq turnirdə mübarizə aparacaqlar
- Dünya çempionatında daha 2 bürünc medal şansı
- 3 yunan-Roma güləşçimiz BRICS Oyunlarında medal qazanıb
- Toral Bayramovun qolu həftənin ən yaxşısı adına namizəddir
- FİFA Argentina millisinin üzvləri ilə bağlı araşdırmaya başladı - VİDEO