İngiltərənin “Sauthempton” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Bu vəzifəyə “Neftçi” və “Qarabağ”ın sabiq məşqçisi Ruben Selles təyin olunub. 39 yaşlı mütəxəssislə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
Klub rəhbərliyi Neytan Consun istefasından sonra onun vəzifəsini müvəqqəti icra edən Sellesin işindən razı qalıb. Bu üzdən də ispaniyalının baş məşqçi təyin edilməsinə qərar verilib.
Qeyd edək ki, Selles 2012-14-cü illərdə "Neftçi"də, 2015-17-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi kimi çalışıb.
- Paralimpiya çempionu “Kəpəz” klubunun məşqində olub
- Dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
- "Barselona" ilə ÇL qazandı, indi mağazada işləyir
- Məmməd Quliyev: “Taylandda yaşasaq da, Şeydayevlə tanışlığımız yoxdur” – Müsahibə
- Millimiz Avropa Kubokunda 10 medal qazanıb