![“Qarabağ”la “Neftçi”yə Rumıniyadan şərik – UEFA reytinqində](https://apasport.az/storage/news/2022/august/12/big/62f5f8933cb6b62f5f8933cb6c166028712362f5f8933cb6962f5f8933cb6a.webp)
Avrokubokların III təsnifat mərhələsindən sonra UEFA-nın klub reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycanın 7 klubu yer alıb.
Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. 22,000 xala malik Ağdam klubu 64-cü yerdədir.
Rusiya “Lokomotiv”i ilə eyni göstəriciyə malik Qurban Qurbanovun yetirmələrinə daha bir şərik qoşulub. Bu, Rumıniya təmsilçisi ÇFR-dir.
“Neftçi” 9,000 xalla 145-ci yeri bölüşən 8 komanda sırasındadır. Bu siyahıya Rumıniya “Universtatya”sı (Krayova) və Xorvatiya “Hayduk”u da qoşulub.
286-cı yerə şərik olan “Qəbələ”nin 4,000 xalı var. “Şamaxı”, 3,000 xalla 303-cü, “Zirə”, “Səbail”, “Sumqayıt” isə 2,900 xalla 345-ci pillənin şəriklərindədir.
Qeyd edək ki, cədvələ 116,000 xala malik “Mançester Siti” başçılıq edir.
- Portuqaliyalı mütəxəssis: "Millidən bərk yapışın, inanın ki, bu, gələcəyə atılmış addımdır"
- Aerobika gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcək
- Çempionlar Liqası: "Qalatasaray" məğlub oldu - YENİLƏNİB
- “Yuventus” son dəqiqələrdə məğlubiyyətdən qurtuldu
- “Şuşaya qayıdış” devizi altında ümumrespublika seminarı keçirilib