Qazaxıstan Azərbaycana kapitansız gələcək
23.09.2022 - 10:09
![Qazaxıstan Azərbaycana kapitansız gələcək](https://apasport.az/storage/news/2022/september/23/big/632d4db6e2534632d4db6e25351663913398632d4db6e2531632d4db6e2533.jpg)
Qazaxıstan millisi Azərbaycanla oyunu itki ilə çıxacaq.
Apasport.az saytının məlumatına görə, C liqasının 3-cü qrupundakı rəqibimiz Asxat Taqiberqenin xidmətindən məhrum olub.
Qrupda 1-ci yeri təmin edən Qazaxıstan yığması iki gündən sonra 32 yaşlı yarımmüdafiəçinin xidmətindən yararlana bilməyəcək.
“Tobol”un futbolçusu cəza səbəbindən Bakıda oynamayacaq. Komandasının kapitanı V turun Belarusla dünənki görüşündə qırmızı vərəqə alıb.
Qeyd edək ki, Qazaxıstan 2:1 hesablı qələbə ilə qrup qalibi adını təmin edib.
0
0