“Qəbələ” Şamaxıda “Araz-Naxçıvan”la üz-üzə - YENİLƏNİR
23.10.2026 - 09:35
“Qəbələ” Şamaxıda “Araz-Naxçıvan”la üz-üzə - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında IX tura start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turun açılış matçı Şamaxıda baş tutacaq. Burada “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edəcək.

Meydan sahibləri mövsümdə ilk qələbələrini qazanmağa çalışacaq. Qonaqlar isə baş məşqçi Yeton Bekirinin rəhbərliyi altında səfərdən xal və ya xallarla qayıtmağı hədəfləyir.

Qarşılaşma saat 15:00-da başlayacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” 2 xalla turnir cədvəlinin sonuncu – 12-ci pilləsində qərarlaşıb. Aktivində 4 xal olan “Qəbələ” isə 10-cu sıradadır.

Misli Premyer Liqası
IX tur

15:00. "Araz-Naxçıvan" – "Qəbələ"
Şamaxı şəhər stadionu