"Qəbələ"də yeni müqavilə - RƏSMİ
14.04.2026 - 11:17
"Qəbələ"də Prins Ovusunun taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, tərəflər müqavilənin müddətini 2028-ci ilin iyun ayınadək uzadıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
20 yaşlı vinger “Qəbələ”nin heyətində keçirdiyi 29 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
Qananın Nayan Akademiyasından transfer olunan futbolçu ötən mövsüm “Qəbələ”nin U-19 komandasında çıxış edib.
0
0