Qəzənfər Abbasovun taleyi qeyri-müəyyəndir: “DANIŞIQ OLMAYIB”
08.06.2026 - 11:49
“Klub rəhbərliyi ilə görüşümüz olmayıb. Pley-off matçından sonra hansısa yenilik yoxdur”.
Bu sözləri “Apasport”a açıqlamasında Qəzənfər Abbasov deyib.
“Qaradağ Lökbatan”ın baş məşqçisi klubda taleyinin qeyri-müəyyən olduğunu bildirib.
Çalışdırıcı başqa klublardan təklif almadığını söyləyib:
“Hələlik təklif yoxdur. Mən məşqçiyəm və bu, mənim işimdir. Klublardan qaneedici təklif alsam, dəyərləndirəcəm”.
Qeyd edək ki, mütəxəssis mövsümün əvvəlindən “Qaradağ Lökbatan”a rəhbərlik edir.
- AFFA İcraiyyə Komitəsində qərarlar: Zaur Axundov istefa verdi
- “İstənilən rəqibi məğlub edə bilərik”
- “Qalatasaray”ın futbolçusu Super Liqada klubunu dəyişə bilər
- “Sürix” “Qarabağ”la oyunların iştirak ərizəsini açıqladı
- Adil Şükürov: “Azərbaycan tarixinin ən zəif komandası kimi yaddaşlarda iz qoyacaq”
0
0