Qurban Qurbanov ən yaxşı məşqçilər siyahısında
28.09.2023 - 12:54
![Qurban Qurbanov ən yaxşı məşqçilər siyahısında](https://apasport.az/storage/news/2023/september/28/big/65152d52bbb5365152d52bbb54169588667465152d52bbb5165152d52bbb52.jpg)
Dünyanın ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəldə planetin 500 mütəxəssisi yer alıb.
Siyahıda yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. “Qarabağ”ın çalışdırıcısı siyahıda 200-cüdür.
İkinci “100-lük”də yer alan 51 yaşlı mütəxəssisin hesabında 1594 xal var. Bu, son 4 ilin nəticələrinə əsasən hesablanan reytinq xalıdır.
Qeyd edək ki, siyahıya 2193 xalla “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.
0
0