Kyellini yeni klubu ilə müqavilə imzaladı
26.05.2022 - 11:04
![Kyellini yeni klubu ilə müqavilə imzaladı](https://apasport.az/storage/news/2022/may/26/big/628f26b987e7c628f26b987e7d1653548729628f26b987e7a628f26b987e7b.jpg)
“Yuventus”dan ayrılan Corco Kyellininin yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, italiyalı müdafiəçi “Los-Anceles”lə müqavilə imzalayıb.
Kyellini MLS klubuna azad agent kimi keçib. Onun anlaşması 2023-cü ilədək nəzərdə tutulub.
Qeyd edək ki, 38 yaşlı müdafiəçi bunadək 18 il “Yuventus”un şərəfini qoruyub.
0
0