İsveç - Azərbaycan oyununun biletlərinin satışa çıxacağı tarix müəyyənləşib
22.08.2024 - 19:19
![İsveç - Azərbaycan oyununun biletlərinin satışa çıxacağı tarix müəyyənləşib](https://apasport.az/storage/news/2024/august/22/big/66c7512db249466c7512db2495172433847766c7512db249266c7512db2493.jpg)
Sentyabrın 3-də UEFA Millətlər Liqasının C1 qrupunun VI turunun İsveç və Azərbaycan yığmaları arasında keçiriləcək oyununun biletləri satışa çıxarılacaq.
Apasport.az İsveç mətbuatına istinadən xəbər verir ki, biletlərin qiymətləri 99-399 İsveç kronu (təxminən 16-66 manat) aralığında dəyişir.
Qeyd edək ki, İsveç - Azərbaycan görüşü noyabrın 19-da "Friends Arena"da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
0
0