Millinin hücumçusu Ramil Şeydayev iki xarici ölkənin klubları ilə danışıqlar aparır.
“Qarabağ”la müqaviləsinin başa çatmasına 2 ay qalan forvard Rusiya və Macarıstandan aldığı təklifləri incələyir.
Hələ bir müddət əvvəl menecerlər vasitəsilə variantları gözdən keçirməyə başlamış yığmanın üzvü daha çox qazanc əldə etmək fikrindədir.
Şeydayevin arzusu illik gəlirini 500 min dollara çatdırmaqdır. Premyer Liqada 17 qola imza atan Ramil ümid eləyir ki, məhsuldar mövsüm keçirməsi qiymətini artırıb və istədiyi məbləği ona ödəməyə razılıq verən klub tapacaq.
“Qarabağ” Şeydayevin qalmasında maraqlıdır. “Köhlən atlılar” hücumçunu yeni şərtləri ilə tanış edib.
Kontraktını 3 il müddətinə uzatsa, indikindən daha çox maaş alacaq. Ancaq təklif olunan məbləğ hələ Ramili razı salmır (sportinfo.az).
- Azərbaycan şahmatçısı xəstələndi və mübarizəni dayandırdı
- Azərbaycan klublarının Konfrans Liqasındakı mümkün rəqibləri dəqiqləşdi
- Slovakiya millisinin məşqçisi: "Bakıda bizi çətin oyun gözləyir"
- "Sivasspor" - "Qalatasaray" matçının hakimi karyerasını bitirir? - MHK sədrindən açıqlama
- Azərbaycan Avropa Kubokunda 1-ci oldu - FOTO