Rəhman Hacıyev: "Uduzmaq xoş deyil"
26.03.2023 - 16:18
"Nəticəyə baxmayaraq, əksər futbolçular gənc idi. Bu onlar üçün bir şansdır və dəyərləndirməlidirlər".
Apasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Rəhman Hacıyev klub televiziyasına açıqlamasında deyib.
"Qəbələ" ilə yoldaşlıq görüşü haqda danışan 30 yaşılı yarımmüdafiəçi deyib ki, bu, rəsmi matç olmasa da, uduzmaq xoş deyil: "Amma əsas olan çempionat və kubok oyunlarıdır. İnanıram ki, mövsümü layiq olduğumuz pillədə başa vurarıq".
Qeyd edək ki, "Neftçi" – "Qəbələ" oyunu 1:2 hesabı ilə başa çatıb.
- Messiyə Səudiyyə Ərəbistanından 400 milyonluq təklif
- “Beşiktaş” “Kasımpaşa” ilə bacarmadı
- "Barselona"nın çempionluğu ertələndi - “Real”dan əzmkar qələbə
- Günay Məmmədzadə: "Qevorqyan üzərində qələbə medal qazanmağımda rol oynadı"
- Prezident və Mehriban Əliyevadan İrəvanda çempion olan Nuray Güngörə təbrik
0
0