
Misli Premyer Liqasının XXXVI turunun "Araz-Naxçıvan" - "Zirə" matçından (0:1) sonra qonaqların baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:
"Bu oyundan öncə hər iki komanda qarşısına qoyulan məqsədə çatmışdı. Hər iki komandaya avrokuboklarda uğurlar arzulayıram. Aramızda çox yaxşı, prinsipial yarış keçdi. "Araz-Naxçıvan" 2-ci, biz 3-cü ola bilərdik. İki komanda da mövsümü eyni səviyyədə keçirdi. Bəzi oyunlarda bizim nəticələrimiz uğurlu alındı deyə rəqibimizi üstələdik. Maraqlı oyun oldu. İki komanda da istəkli idi. Əsas heyətin oyunçuları ilə oynadıq ki, onlar formalarını itirməsinlər. Futbolçularıma təşəkkür edirəm. Maraqlı və gərgin çempionat alındı. Mövsümün bitməsi münasibətilə futbol camiəsini təbrik edirəm".
- Klubun fəxri prezidenti Orxan Məmmədovun oyuna gəlməsinin xüsusi səbəbi var idi?
- Xeyr. Orxan müəllim futbolu sevən insandır. Minifutbol millimizin oyunu bitdikdən sonra bura gəldi. Matç bitəndən sonra futbolçulara mövsüm ərzində göstərdikləri performansa görə təşəkkür etdi. Buradan da çıxıb dərhal Rumıniya - Fransa matçına getdi. Çünki bu komandalardan biri 1/8 finalda millimizin rəqibi olacaq. Klub rəhbərliyinin futbolu bu qədər sevməsi bizi sevindirir. Bu enerji komandaya da keçir.
- "Torino"nun qapıçısı "Çelsi" və "Siti"nin hədəfində
- Məşhur insayder Qurban Qurbanovla bağlı paylaşım edib - FOTO
- "Real" 40 milyon avroya yeni müdafiəçi tapıb
- FKSB-nin futbolçusu “Neftçi”yə transferi barədə xəbərlərə münasibət bildirdi - EKSKLÜZİV
- La Liqa: “Osasuna” “Malyorka” səfərindən 1 xalla qayıdır