
Türkiyənin Antalya şəhərində təşkil olunan “Junior World Cup” beynəlxalq futbol turnirinə start verilib.
Apasport.az xəbər verir ki, turnirdə iştirak edən “Sabah” Futbol Klubunun U-13 və U-15 komandaları artıq ilk görüşlərini keçiriblər.
Nasir Nəsirlinin rəhbərlik etdiyi U-13 kollektivi debüt matçında İngiltərənin “Mançester Siti” komandası ilə üz-üzə gəlib. Məhsuldar keçən görüş "Sabah"ın 3:5 hesablı məğlubiyyəti ilə başa çatıb. Bakı təmsilçisinin qollarını Elton Məmmədov, Yusif Ağayev və Yusif Fətullayev vurub.
Digər yaş qrupu üzrə – U-15 komandası isə Şahin Zeynalovun rəhbərliyi altında İspaniyanın “Rayo Valyekano” klubu ilə qarşılaşıb. Gərgin keçən görüşdə qalib müəyyənləşməyib – 1:1. Azərbaycan təmsilçisinin yeganə qolunu Ayxan İbadov vurub.
- Qurban Qurbanovun qardaşı: "Dedi ki, gəl, səni "Qarabağ"a baş məşqçi qoyaq" - MÜSAHİBƏ
- “Qarabağ”ın rəqibi: “Avrokubok gecələri oxşar olacaq”
- "Mançester Siti"nin keçmiş kapitanı və baş məşqçisi vəfat edib
- Quba 2024, Qəbələ isə 2025-ci il üçün "İdman Paytaxtı" seçilib
- Samir Abasov: “Fehervar” bizdən bir baş üstün komandadır"