![“Sabah” Premyer Liqada 50-ci "quru" oyununu keçirdi](https://apasport.az/storage/news/2024/january/29/big/65b74d06bb8ae65b74d06bb8af170651162265b74d06bb8ac65b74d06bb8ad.jpg)
“Sabah” Azərbaycan Premyer Liqasında 50-ci "quru" oyununu keçirib.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XX turda "Zirə" ilə oyuna (1:0) təsadüf edib.
2018/2019 mövsümündən Premyer Liqada mübarizə aparan paytaxt təmsilçisi 161-cı qarşılaşmada “100”ü yarılayıb. “Sabah” evdə 23, səfərdə 27 görüşü qol buraxmadan tərk edib. Bakı təmsilçisi ölkə çempionatlarında 50 və daha çox quru oyun keçirən 21-ci komandadır.
“Sabah”ın Premyer Liqada qol buraxmadığı ilk matç 2018-ci il avqustun 12-də baş tutub. Həmin gün “Şamaxı” üzərində 1:0 hesablı səfər qələbəsi əldə olunub.