“Sabah” Quba səfərində - YENİLƏNİR
14.03.2026 - 09:48
“Sabah” Quba səfərində - YENİLƏNİR

Misli Premyer Liqasında XXIV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.

Lider "Sabah" səfərdə "İmişli" ilə üz-üzə gələcək. 

Quba Olimpiya İdman Kompleksində baş tutacaq matça saat 15:00-da start veriləcək.

Misli Premyer Liqası
XXIV tur

15:00. "İmişli" – "Sabah"  
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov.
VAR: Əliyar Ağayev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mutafayeva.
Quba Olimpiya İdman Kompleksinin stadionu