"Sabah"da növbəti ayrılıq
24.05.2022 - 12:28
“Sabah” daha bir futbolçusu ilə yollarını ayırıb.
Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Şpiro Periçiç paytaxt təmsilçisi ilə vidalaşıb.
28 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Bu üzdən xorvatiyalı oyunçu azad agent statusu alıb. Periçiç “Sabah”a ötən ilin yayında “Maribor”dan keçmişdi.
Qeyd edək ki, “Sabah” buna qədər digər müdafiəçisi Slavik Alxasovla da sağollaşıb.
- Qurban Qurbanov: “Futbolçularımız optimal formadan uzaqdırlar”
- Azərbaycan Kuboku: 1/4 final mərhələsinin cavab matçlarının proqramı
- Kəmər dərəcələri üzrə növbəti imtahan baş tutub
- Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında qızıl medal qazanıb
- “Neftçi”dən darmadağın, “Turan Tovuz”dan səfərdə qələbə
0
0