"Sabah"ın "Makkabi" ilə səfər oyununun məkanı açıqlandı
05.07.2024 - 21:54
!["Sabah"ın "Makkabi" ilə səfər oyununun məkanı açıqlandı](https://apasport.az/storage/news/2024/july/05/big/66883358a83ca66883358a83cb172020207266883358a83c766883358a83c9.jpeg)
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Makkabi” (İsrail, Hayfa) - “Sabah” oyununun keçiriləcəyi məkan bəlli olub.
Apasport.az Bakı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, matç iyulun 25-də Macarıstanın Kişvarda şəhərində yerləşən “Varkert” stadionunda oynanılacaq. Görüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.
0
0