“Şamaxı” 5 futbolçusu ilə yollarını ayırdı - RƏSMİ
26.05.2026 - 15:48
“Şamaxı” 5 futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

"Şamaxı"nın 5 futbolçusu komandadan ayrılıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimov ilə icarə müqavilələrinin müddəti başa çatıb.

Adı çəkilən futbolçular məxsus olduqları klublarına qayıdıblar.

Qeyd edək ki, "Şamaxı" daha əvvəl Kərim Rossi və Rüfət Abbasovla yolların ayrıldığını açıqlamışdı.