“Şamaxı” legioneri ilə müqavilə yeniləyib - RƏSMİ
28.05.2025 - 14:03

Alfons Msanqa daha bir il “Şamaxı”da çıxış edəcək.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya görə, 22 yaşlı tanzaniyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Msanqa bu ilin əvvəldə Azərbaycan klubuna gəlib. O, “Şamaxı” ilə 6 ay + 1 il şərtilə razılaşmışdı.
0
0