İspaniya klubunda yeni baş məşqçi
13.03.2024 - 12:32
![İspaniya klubunda yeni baş məşqçi](https://apasport.az/storage/news/2024/march/13/big/65f166a6f0d2f65f166a6f0d30171031927065f166a6f0d2d65f166a6f0d2e.jpg)
La Liqa klubu "Selta"nın yeni baş məşqçisinin adı məlum olub.
Apasport.az klubun saytına istinadla xəbər verir ki, baş məşqçi postunu Klaudio Xiraldes tutub.
O, istefaya göndərilən Rafael Benitesi əvəzləyib.
Xiraldes 2022-ci ildən "Selta"nın B komandasına rəhbərlik edib. 28 turdan sonra "Selta" 24 xalla La Liqanın turnir cədvəlində 17-ci pillədədir.
0
0