
Azərbaycan millisində daha iki ilk yaşanıb.
Apasport.az saytının məlumatına görə, Filip Ozobiç və Anatoli Nuriyev yığmadakı qol hesabını açıb.
Hər iki futbolçunun siftəsi Millətlər Liqasının son turuna təsadüf edib. Onlar Qazaxıstan üzərində 3:0 hesablı qələbəyə bir qolla töhfə verib.
Anatoli yığmadakı 12-ci oyununda fərqlənib. Filip daha tez - 10-cu matçda ilkini rəsmiləşdirib.
Bununla da milli tarixində qol vuranların sayı 68-ə çatıb. Bu siyahıya 14 qolla Qurban Qurbanov başçılıq edir.
Qeyd edək ki, millinin sentyabrdakı qarşılaşmalarında 4 futbolçu qol hesabını açıb. 4 günü əhatə edən müddətdə öncə Renat Dadaşovla Höccət Haqverdi, ardınca Filiplə Anatoli siftə edib.
- Sabiq “Qalatasaray”lı “Əl-Duhail”dən ayrıldı - RƏSMİ
- Bellinqemin cəzası MÜƏYYƏNLƏŞDİ
- Mahir Şükürov: “Yalnız “Kəpəz”də deyil, bir neçə klubda pulları basıb-yeyirlər”
- Azərbaycan Karate Federasiyasında yeni təyinat - Prokuror vitse-prezident oldu
- Rəşad Sadıqov: “Heç kim oyunun sonuna qədər təslim olmur”