
Misli Premyer Liqasının XXVII turunun "Səbail" - "Neftçi" matçından (1:2) sonra qonaqların baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.
- Komanda erkən qolar vurdu. İki qol vursanız da, narahatçılıq görünürdü...
- Narahatçılığının səbəbi uzaqdan buraxılan qol idi. Bu oyunun üzərində çox durmuşduq. Qalib gəlməyi çox istəyirdik. Milli pauza əhval-ruhiyyə baxımından bizə kömək edəcək. Narahatçılıq o idi ki, qol buraxdıq və ardı da gələ bilərdi. Oyunu həmin məcrada davam etdirib, qollar da vurmaq olardı. İlk hissədə yaxşı futbol göstərib, yaxşı hücumlar etdik. İkinci hissə oyunun tərzi dəyişdi. Futbolçular bundan da üzüağ çıxdı. Mübarizəni sona kimi apardılar. Bu gün üç xal çox önəmlidir. Çempionatdan qopmamaq üçün, bunun da öhdəsindən gəldik".
- Belə fasilələr bəzi komandaların xeyrinə, bəzilərinin əksinə olur. "Neftçi" üçün necə?
- Hər tərəfdən baxmaq lazımdır. Emin Mahmudov kimi oyunçumuz zədəlidir. Digərləri də var ki, uzun müddətdir zədəlidir. Onların qayıdışı üçün kömək olacaq. İnanmıram ki, heç bir komanda bu qədər pauzaya razı olsun. Pauzadan gəldikdən sonra sanki birinci dəfə oyuna başlamış kimi olursan.
- "Neftçi" mövsümün sonunda hədəfinə çata bilməsə, istefa verəcəksiz?
- Verməliyəm?
- Avrokuboklara yollana bilməsəz, yerinə düşər...
- Beş xalla götürmüşdük, 9 oyun qələbə qazanmamışdıq. Klub üçün avrokuboklara vəsiqə qazanmamaq uğursuzluqdur. Bu qədər məşqçi dəyişərlər, filan deyirsiz. Bəs o nədir, bu nədir? Komandanı hansı vəziyyətdə götürdüyümüzü bilirik. Pis yolda deyilik. Ən azından kubokda yarımfinaldayıq. Heç udmadığımız komandaları uduruq. İstefaya səbəbdirsə...Dediyinizin arxasında nələrsə gizlənir. Beş oyun udursan, məşqçi məşqçi ilə necə görüşdü? Biz öz işimizdəyik, rahatıq. Öz işimizi canla-başla görürük. İstefa barəsində niyə olmayan şeyin içindən bir şey çıxarırsan? Çempionata 9-10 tur qalıb, nə olacağı bilinmir. Rəhbərliklə danışdıqlarımızdan xəbəriniz yoxdur. Mənim getməyimi istəyirsiz?
- Belə legionerlər komandaya lazımdır? Darbo, Boqomolski, Quzzo, Alfa Konte Yoxsa, daha keyfiyyətli oyunçular lazımdır?
- Yeni mövsümdə nələr olacaqsa, bunu yeni mövsümdən danışacağıq. Bu gün insanların adlarından danışmaq yersizdir. Ən azından bilirik ki, ilin axırına kimi bu futbolçularla yolumuza davam etməliyik. hansından keyfiyyət ala bilmiriksə, onun başqa yönlərini xeyirli şəkildə istəməlisən. Bizdən öndə gedən komandaların içində belə vuruşmaqla oralara gələnlər var. Hansısa futbolçunu yetərli və ya yetərsiz olması haqda danışmaq yersizdir. Gələndə bilirdik ki, bu futbolçularla davam edəcəyik. Əlbəttə ki, elə mövqelər var ki, həmin mövqelərə istədiyim tiplərin olması vacibdir. Çalışacağıq ki, müqaviləm olduğu dövrdə o cür futbolçular olsun. İndiki futbolçulardan maksimum istifadə etmək istəyirik.
- Messinin şərəfini qoruduğu komandalar fevralda qarşılaşacaq
- "Neftçi" "Xarı Bülbül"ə məğlub oldu
- Saşa Yunisoğlu: “Milliyə dəvət olunanlar ən optimal heyətdir” - MÜSAHİBƏ
- “Azərbaycan çempionatında belə bir şey olmamalıdır“ - Adil Şükürov
- Azərbaycan çempionu növbəti “quru hesablı” qələbə ilə 1/8 finalda