“Səbail” - “Qəbələ” oyununun vaxtı dəyişdirilib.
Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Bu addım "ASCO Arena"nın işıqlandırma sistemində bir müddət öncə yaranmış problemə görə təmir-bərpa işləri hələ də davam etdiyi üçün atılıb. Misli Premyer Liqasının 17-ci turunun “Səbail” və “Qəbələ” komandaları arasında baş tutacaq oyununun vaxtı dəyişdirilib.
“Səbail” klubunun vəziyyətlə bağlı yenilənmiş müraciətinə əsasən “Qəbələ” klubu PFL tərəfindən məlumatlandırlıb. PFL-in yekun qərarına əsasən oynanılması əvvəlcədən 17:00-da nəzərdə tutulmuş görüşün gün və məkan eyni saxlanılmaq şərti ilə saat 13:00-da baş tutmasına qərar verilib.
- Rüfət Əhmədov: "Səviyyə fərqi meydançada hiss olunur" - Müsahibə
- Azərbaycan Premyer Liqasında komanda sayı 12-yə çatdırıldı
- Siyasət Əsgərov: "Qazaxıstanın qadın futbolu son illər yüksəlişdədir"
- "Milan" "Roma"dan 20 milyon avro istəyir
- Tanınmış məşqçi: “Qarabağ” bundan da güclü komandaları məğlub edib”