Şuaybu: “Bombardir olmaq istəyirəm”
16.07.2023 - 14:08
“Təlim-məşq toplanışına başlamışıq. Yeni komanda qurulur. Daha yaxşı nəticələr qazanacağımıza ümid edirəm”.
Apasport.az saytı xəbər verir ki, bunu, “Kəpəz”in futbolçusu Abdullahi Şuaybu deyib.
Nigeriyalı hücumçu qarşıdakı mövsüm barədə danışıb. O, bu mövsüm daha çox qol vuracağını inandığını deyib: “Məşqlərdə səylə çalışıram. Komanda çempionatın startına kimi tam hazır olacaq. Ötən mövsüm “Kəpəz”də ən çox qol vuran futbolçu idim. Növbəti mövsümdə də qolları sıralayıb bombardir olmaq istəyirəm”.
Qeyd edək ki, Şuaybu 2022/23 mövsümündə 34 oyunda 11 qol vurub.
- "Fənərbaxça"da ciddi itki - Krunyiç planı
- Azərbaycan Boks Federasiyası və AHİTA arasında əməkdaşlığa dair görüş keçirilib
- Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbin şagirdləri ilə görüş təşkil olunub
- Ançelotti Benzemaya əvəzləyici tapdı
- PFL prezidenti “Araz Naxçıvan” rəsmiləri ilə görüşdü
0
0