
2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.
Apasport.az saytının klubun mətbuat xidmətində istinadən məlumatına görə, ötən mövsümü “Çukariçki”də keçirən bosniyalı hücumçu Almir Aqanspahiç “gənclik şəhəri” təmsilçisi ilə anlaşıb.
25 yaşlı forvard Premyer Liqa təmsilçisinə 1 illik icarəyə götürülüb. O, “Sumqayıt”da 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Almir Aqanspahiç karyerası ərzində Bosniya və Herseqovinanın “Sarayevo”, “Mladost” (Kakan), “Krupa”, “Çelik”, Xorvatiyanın “Osiyek”, Norveçin “Raufoss”, Serbiyanın “Novi Pazar” və “Çukariçki” klublarının uğurları üçün çalışıb. Aqanspahiç Bosniya və Herseqovinanın U-17, U-18 və U-21 millilərinə də cəlb olunub.
- "Zirə" UEFA-ya göndərdiyi iştirak ərizəsində dəyişiklik edib
- Ağasəlim Mircavadov: “İranla oyun ingilislər üçün böyük məşq oldu”
- “Lion”un futbolçusu vətəndaşlığını dəyişir
- Azərbaycan dünya korporativ oyunlarını 8 medalla başa vurub
- Emin İmaməliyev: "Fikrimcə, "Qarabağ" "Lion" üzərində layiqli qələbə qazanacaq"