Daha bir güləşçimiz 1/4 finala vəsiqə qazandı
05.04.2024 - 14:01
![Daha bir güləşçimiz 1/4 finala vəsiqə qazandı](https://apasport.az/storage/news/2024/april/05/big/660fcb88c518f660fcb88c51901712311176660fcb88c518d660fcb88c518e.jpg)
Azərbaycanın daha bir güləşçisi Nihat Məmmədli Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində qələbə qazanıb.
Apasport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Ukrayna təmsilçisi Aleksey Masiki mübarizədən kənarlaşdıraraq 1/4 final mərhələsinə vəsiqə qazanıb. O, rəqibini 5:2 hesabı ilə üstələyib.
Daha əvvəl Beka Kandelaki (130 kq) qələbə qazanıb, İslam Abbasov (87 kq) isə məğlub olub.
Qeyd edək ki, hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
0
0