![“Sumqayıt”ın rəqibləri müəyyənləşib](https://apasport.az/storage/news/2024/july/03/big/668520ec4da12668520ec4da131720000748668520ec4da10668520ec4da11.jpg)
“Sumqayıt” Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışındadır.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “kimyaçılar” hazırlıq çərçivəsində yoxlama oyunları da keçirəcək. Artıq onların iki rəqibi müəyyənləşib.
Samir Abasovun yetirmələri iyulun 7-də Rusiya təmsilçisi “Orenburq”, iyulun 12-də isə Türkiyə təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq.
Qeyd edək ki, “Sumqayıt” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar"la oynayacaq. Komandalar arasında ilk matç iyulun 25-də doğma meydanda, cavab oyunu isə iyulun 31-də səfərdə baş tutacaq.