Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la cavab oyununa çıxacaq “Sürix” bir futbolçusunun xidmətindən məhrum qalacaq.
Apasport.az saytının İsveçrə mətbuatına istinadən məlumatına görə, müdafiəçi Beçir Omeraqiç bugünkü matçı buraxacaq.
Buna səbəb 20 yaşlı mərkəz müdafiəçisinin hələ də zədəsini tam sağaltmamasıdır. Bu üzdən Bakıdakı görüşə gətirilməyən İsveçrə millisinin üzvü Sürixdə də baş məşqçi Franko Fodanın sərəncamında olmayacaq. Onunla yanaşı, yarımmüdafiəçi Blerim Dzemailinin də zədə ucbatından bu gün meydana çıxmaması gözlənilir.
Qeyd edək ki, “Sürix” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk qarşılaşmada Azərbaycan çempionu 3:2 hesablı qələbə qazanıb.
- Mahir Məmmədov Bakıda, regionlarda və xaricdə yaşayan azərbaycanlı məşqçilərlə görüşüb - FOTO
- "Sabah"dan 50-ci ev qələbəsi
- "Çelsi" son 5 ilin ən pis Avropa komandasıdır
- Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
- Dortmund klubu "Çelsi"nin transfer hədəfi üçün 70 milyon avro tələb edir