![“Qəbələ” – “Olimpiakos” oyununun vaxtı açıqlandı](https://apasport.az/storage/news/2023/october/30/big/653f43b4bf051653f43b4bf0521698644916653f43b4bf04f653f43b4bf050.png)
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının “Olimpiakos”la oyunlarının vaxtı və yeri açıqlanıb.
Apasport.az xəbər verir ki, UEFA Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsindəki ilk matç noyabrın 8-də baş tutacaq.
Bu oyun Qəbələ şəhər stadionunda təşkil olunacaq. Görüş saat 16:00-da başlayacaq.
Cavab oyunu noyabrın 29-da Pireydə keçiriləcək. Matç “Olimpiakos” Məşq Mərkəzində baş tutacaq. Yunanıstandakı qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:00-da veriləcək.
Qeyd edək ki, “Qəbələ” 1-ci mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya”nı mübarizədən kənarlaşdırıb – 1:1, 1:0.