Premyer Liqanın debütantı “Turan Tovuz” yay fasiləsində ilk əcnəbi transferini reallaşdırıb.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gürcüstanlı futbolçu İmeda Aşortia bölgə klubunun heyətinə cəlb olunub.
25 yaşlı yarımmüdafiəçi tovuzlularla 1 illik müqavilə bağlayıb. Son mövsümü “Telavi”də keçirən Aşortia vətənində “Dila”, “Sxinvali”, “Kolxeti” və “Şukura”nın da formasını geyinib.
Qeyd edək ki, “Turan Tovuz” buna qədər Kamal Bayramov, Şəhriyar Əliyev, Tərlan Quliyev, Tərlan Əhmədli, Eltun Turabov, Turan Vəlizadə, Xəyal Nəcəfov, Veysəl Rzayev, Şakir Seyidov və Ehtiram Şahverdiyevi transfer edib.
- İstefa verdi, sonra geri döndü - Emre Belözoğlu yenidən "Antalyaspor"da
- Emil Mustafayev: "Milli komandaya yenidən dəvət olunmaq istəyirəm"
- "Qarabağ"ın futbolçusu AL-də həftənin ən yaxşı oyunçusu adına namizəddir
- Könüllü təşkilatlar arasında minifutbol turniri keçirilib
- "Şamaxı" yeni hücumçu transfer edib