Təmsilçimiz Dünya Çempionatının bürünc medalını qazanıb
20.08.2024 - 19:22
![Təmsilçimiz Dünya Çempionatının bürünc medalını qazanıb](https://apasport.az/storage/news/2024/august/20/big/66c4b4b9e3d3a66c4b4b9e3d3b172416735366c4b4b9e3d3766c4b4b9e3d39.jpg)
Ammanda keçirilən güləş üzrə U-17 Dünya Çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə 48 kq çəki dərəcəsində turnirin bürünc medalçısı müəyyənləşib.
3-cülük görüşündə təmsilçimiz Əmrah Əmrahov döşək üzərinə çıxıb. O, qazaxıstanlı Yedige Toleutayevlə üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən güləşçimiz bürünc medalın sahibi olub.
0
0