Premyer Liqa klubları Super Liqada iştirak edə bilməyəcək.
Apasport.az xəbər verir ki, yeni qanun layihəsinə əsasən, Premyer Liqa klubları İngiltərə futbolundan ayrılmadığı müddətcə Super Liqaya qoşulmaq bilməyəcək.
Yeni turnirdə iştirak etmək istəyən klublar milli çempionatdan kənarda qalacaq. Bəzi İngiltərə klublarının rəhbərləri 2022-23-cü illərdə razılaşdırılmış Premyer Liqa qaydalarına laqeyd yanaşmadıqlarını bildirdilər: “Biz Premyer Liqaya kollektiv olaraq sadiqik və onu dəstəkləmək məsuliyyətimizi dərk edirik. Biz Premyer Liqanın qaydalarından kənar yeni yarış formatlarının yaradılması ilə məşğul olmayacağıq".
2021-ci ilin mayında Super Liqa UEFA və FİFA-nı rəqabət qanunvericiliyinə zidd hərəkət etdiyinə görə ittiham edib. Həmin ilin aprelində Avropanın 12 klubu Super Liqanın yaradıldığını elan etmişdi. Bura İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, İspaniyanın “Atletiko”, “Barselona”, “Real”, həmçinin İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları daxil idi.
- AFFA-nın inkişaf strategiyasının beş əsas hədəfi müəyyənləşib
- Balakəndə Respublika Şahmat Olimpiadasına start verilib - FOTO
- Portuqaliyalı mütəxəssis: "Millidən bərk yapışın, inanın ki, bu, gələcəyə atılmış addımdır"
- Əliyar Ağayevin təyinatı Yunanıstanda narazılığa səbəb oldu - FOTO
- Millimizin sentyabr PERSPEKTİVİ