Tərlan Əhmədov: “Neftçi”dən heç kim mənimlə əlaqə saxlamayıb”
08.10.2024 - 11:36
![Tərlan Əhmədov: “Neftçi”dən heç kim mənimlə əlaqə saxlamayıb”](https://apasport.az/storage/news/2024/october/08/big/6704e145d95136704e145d951417283730616704e145d95116704e145d9512.jpg)
Roman Qriqorçukla yollarını ayıran “Neftçi” baş məşqçi postuna namizədləri nəzərdən keçirir.
Apasport.az xəbər verir ki, namizədlər arasında adı ən çox hallanan şəxs Tərlan Əhmədovdur.
Mütəxəssis saytımıza açıqlamasında gəzən söz-söhbətlərə reaksiya bildirib: “Yazılanları oxuyuram. Bunların bir çoxu da azarkeşlər tərəfindən ortaya atılan məlumatlardır. Ortada rəsmi nə isə yoxdur. Hələ ki, heç kim mənimlə əlaqə saxlamayıb”.
Qeyd edək ki, Əhmədov 2017-18 mövsümündə “Neftçi”ni çalışdırıb. Onun rəhbərliyi altında komanda bürünc medallara sahib çıxıb.
0
0