Tofiq Bəhramov adına Respublika Stadionu Avropa Stadion və Təhlükəsizlik İdarəçiliyi Assosiasiyasına (ESSMA) rəsmi olaraq üzv qəbul edilib.
Apasport.az xəbər verir ki, bununla ESSMA-nın rəsmi səhifəsində də paylaşım edilib.
Bu üzvlük stadionun beynəlxalq təcrübə mübadiləsinə qoşulması, təhlükəsizlik, idarəetmə və digər sahələrdə daha yüksək pilləyə yüksəlməsi baxımından faydalı olacaq.
Paylaşımda 31200 tamaşaçı tutumu olan, futbol üzrə Azərbaycan milli komandası və "Qarabağ" futbol klubunun ev oyunlarını keçirdiyi stadionun dünyada futbol referisinin adını daşıyan ilk arena olduğu da qeyd edilib.
- Rəşad Sadıqov sülhü dəyərləndirdi
- “Barselona” İspaniya millisinin üzvü ilə müqavilə yeniləyib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
- III Liqa klubu yenidən rekord qırıb: Qarşılaşmanı 43 000 azarkeş izləyib
- Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Avropa Kubokuna təyinat alıblar