"Trabzonspor"da ayrılıq
18.01.2024 - 15:43
"Trabzonspor" Yens Ştriger Larsenlə yollarını ayırdı.
Apasport.az xəbər verir ki, bu barədə Qaradəniz təmsilçisi məlumat yayıb.
Klub 32 yaşlı sağ cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı olaraq xitam verildiyini açıqlayıb: "Şirkətimiz ilə peşəkar futbolçumuz arasında müqavilə qarşılıqlı olaraq ləğv edilib. Razılaşmaya əsasən, oyunçuya heç bir xitam təzminatı verilməyəcək".
Qeyd edək ki, cari mövsümdə “Trabzonspor”da 17 matça çıxan danimarkalı futbolçu fərqlənə bilməyib.
- Premyer Liqa mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlərin siyahısını açıqlayıb
- "Naxçıvan" klubu heyətini yeni basketbolçu ilə gücləndirib
- "PSV" maksimal nəticə ilə davam edir
- "Şamaxı"nın şikayəti qismən təmin edilib
- Azərbaycan millisinin insult keçirən sabiq futbolçusunun son durumu bəlli olub
0
0